Menu

Rusiya Ukraynada avtomobil karvanını bombalayıb - Azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb

30.09.2022, 11:53
Rusiya Ukraynada avtomobil karvanını bombalayıb - Azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb

Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb.

O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınb.

O.Straux hücumu terror aktı adlandırıb.

Qubernator bildirib ki, sabah, oktyabrın 1-də vilayətdə matəm elan olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol