Menu

Obama və Putin İranı müzakirə edib

11.11.2014, 17:24
Obama və Putin İranı müzakirə edib

ABŞ və Rusiya prezidentləri Pekində noyabrın 11-də Asiya – Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində 3 dəfə görüşüblər və İran, Suriya və Ukraynanı müzakirə ediblər.

Bunu Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan deyib.

Onun sözlərinə görə, Obama və Putin ümumilikdə təxminən 15-20 dəqiqə danışıblar.

Ancaq Meehan detallar barədə heç nə bildirməyib.

Noyabrın 10-da ABŞ Rusiyanı Ukraynadaseparatçılara tanklar və ağır silahlar verməkdə ittiham etmişdi. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol