Menu

"Bakıda yaşayış binasındakı yanğında 21 nəfərə yardım edilib" - TƏBİB

01.10.2022, 20:25
"Bakıda yaşayış binasındakı yanğında 21 nəfərə yardım edilib" - TƏBİB

Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.

İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

Onların müalicəsi davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol