Menu

Kadırov Limandakı məğlubiyyəti şərh etdi - “Nüvə silahından istifadə etmək lazımdır”

01.10.2022, 20:45
Kadırov Limandakı məğlubiyyəti şərh etdi - “Nüvə silahından istifadə etmək lazımdır”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edib.

O, bu barədə “Telegram” kanalında yazıb.

Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb.

“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, - deyə Kadırov yazıb.

Çeçenistan başçısı həmçinin artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib.(oxu.az)

Şərhlər

İsmayıl 2022-10-01 21:59:59

Nədi Kadırov ? Ukrayna ilə baş edə bilmirsən,qurtuluş yolun nüvə silahından idtifadədə görürsən ? Bu belə rus ordusun necə aciz olduğunu göstərmək üçün yetərlidir

Eli 2022-10-01 21:41:57

Bunun qanı qarışıqdır,çox qansız,leyaqetsiz milletine leke getiren alçağın biridir.Heyf Çeçen kimi qürurlu bir millere ki,onun bele rezil nümayendesi de var.

Teymur 2022-10-01 21:10:55

Utan yerə gir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol