Menu

Küveyеin baş naziri hökumətin istefasını qəbul edib

02.10.2022, 14:57
Küveyеin baş naziri hökumətin istefasını qəbul edib

Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol