Menu

OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır

02.10.2022, 23:10
OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır

OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Məlumata görə, bu addım qiymətlərin indiki səviyyədə saxlanılması ilə bağlı atıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl qurumun katibliyi OPEC+ nazirlərinin görüşünün oktyabrın 5-də Vyanada keçiriləcəyini açıqlayıb. Tədbir 2,5 ildə ilk dəfə olaraq, üzbəüz formatda keçiriləcək. Avstriya paytaxtında qurumun monitorinq komitəsinin hesabatı da dinləniləcək.

Təşkilat neft bazarını dəstəkləmək üçün noyabrda neft hasilatının ciddi şəkildə - sutkada 0,5-1 milyon barel azaldılması imkanlarını müzakirə edəcək. (Mənbə: mk.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol