Menu

Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının materiallarını ələ keçirib

11.11.2014, 18:03
Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının materiallarını ələ keçirib

Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının saytını sındırıblar. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakerlərimiz bankın onlayn lisenziyalar təqdim edən bölməsini ələ keçirərək oradan 2,5 qeqobayt həcmində fayl və materialları oğurlayıblar.

Bunun sübutu olaraq hakerlər internetdə Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyanın bir neçə bank kartının sürətini yerləşdiriblər.

Bundan başqa, Cavadyanın Kembric Universitetində təhsil alan qızının təhsil haqqını ödəməsi ilə bağlı sənədin sürəti və gizli yazışmaları da azərbaycanlı hakerlərin əlinə keçib.

Ermənistanın informasiya texnologiyaları sahəsindəki mütəxəssisləri bu haker hücumunun Ermənistan maliyyə sektoruna böyük zərər vurduğunu və ölkənin rəsmi qurumlarının belə informasiya təhlükəsindən sığortalanmadığı fikrindədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol