Menu

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub

03.10.2022, 15:31
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin sədr müavini Mahir Məlikov nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin olunub.

"Report" xəbər verir ki, o, bu vəzifədə bir qədər əvvəl nazirliyin İnsan resurslarının İdarə edilməsi şöbəsinin müdiri təyin edilmiş Fuad Mayılovu əvəz edib.

Yaxın vaxtlara qədər həmin şöbəyə Elvin Paşayev rəhbərlik edib və bu il iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

"Aqroservis"də boş qalmış müavin vəzifəsi isə Ramin Əliyevə həvalə edilib. O, bundan əvvəl Daxili nəzarət və audit şöbəsində çalışıb.

Şərhlər

Vətəndaş 2022-10-04 09:27:06

Azərbaycanda kənd təsərrüfatı nazirliyi varmı və əgər varsa onların nə işlə məşğul olduğu barədə məlumat verən niyə yoxdu?Axı bu barədə nə normal məlumat,nə statistika, nə də ara sözəri var.O zaman bu nazirlik kimə və nəyə xidmət edir?Çörək,ət.yağ,makron,qənd.şəkər,düyü,kartof,göyərti,meyvələr,yer kökü.çuğundur və sairənin bahalaşmasına səbəb nədir? Nİyə bu nazirlik işləmir?t
Bir də ki, hər sahə,hər istehsal dövlətdən ayrılıb şəxsi llərdə olduğu halda bu nazirlik nəyə gərəkdir? Bunu hakimiyyət görmür?Büdcəni xalqın güzəranına sərf etmək əvəzinə bunlara niyə maaş və digər məsrəflər edilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol