Menu

İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın XİN-nə çağrılıb

03.10.2022, 22:17
İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın XİN-nə çağrılıb

İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, İranın Böyük Britaniyadakı ən yüksək vəzifəli diplomatı Mehdi Hüseyni Mətin İran hakimiyyətinin Məsiha Əmininin ölümündən sonra ölkədə baş verən etirazlar zamanı insanlara şiddət göstərilməsi ilə bağlı Britaniya XİN-ə çağırılıb.

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, təhlükəsizlik qüvvələrinin İranda etirazçılara qarşı zorakılığı həqiqətən şokedicidir.

“Bu gün biz İran hakimiyyətinə öz fikrimizi açıqladıq - iğtişaşlarda xarici aktorları günahlandırmaq əvəzinə, onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı və xalqının qayğılarını dinləməlidirlər. Biz öz tərəfdaşlarımızla birgə İran hakimiyyətini kobud insan haqları pozuntularına görə cavabdeh olmaları üçün çalışmağa davam edəcəyik”,- deyə nazir bildirib.

Şərhlər

Elmira 2022-10-04 09:23:40

Mubariz, başa düşdük sən kimsən, və kimin zurnası ilə oynayırsan

Mubariz 2022-10-04 00:21:42

Ay ingilis ay ingilis.Irandaki vexiyyetden şoka dusursen hi?Bes cuhudlar muselmanlarin ilk qiblesi Beytulmuqaddasi 70 ilden coxdur isgal efib het gun oranin hormetin sindirir.Minlerle felestinli usaq qadin qetl edib şehid etmisiz.Bes bunlardan ne e hec olmasa heya etmisiz?!And olsun ALLAH a fethe az qalib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol