Menu

Gürcüstanın yeni xarici işlər naziri də qadın oldu

11.11.2014, 18:19
Gürcüstanın yeni xarici işlər naziri də qadın oldu

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin xarici işlər naziri postuna Tamar Beruçaşvilini təqdim edib.

Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi xəbərə görə, baş nazir yeni təyinatı belə əsaslandırıb: “Mənim üçün bu posta ən peşəkar şəxsi seçmək çox vacib idi. Xanım Beruçaşvili istiqaməti dəqiq bilən şəxsdir. Avropa seçimi gürcü xalqının seçimidir və əminəm ki, o, bu işə öz sanballı töhfəsini verəcək.

Onun dövlətçilik və diplomatik sferalarda böyük iş təcrübəsi var. Həmçinin, Gürcüstanın avrointeqrasiyası üzrə 22 illik fəaliyyət stajına malikdir. Ölkəmizin qazandığı uğura o da öz töhfəsini verib. İnanıram ki, bu çox məsuliyyətli vəzifəsinin öhdəsindən də o, uğurla gələcək”.

Qeyd edək ki, Beruçaşvili bina kimi xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol