Menu

Ermənistanın son təxribatında şəhid olanların ailə üzvlərinin müəyyən olunmasına başlanılıb

04.10.2022, 13:01
Ermənistanın son təxribatında şəhid olanların ailə üzvlərinin müəyyən olunmasına başlanılıb

“13-14 sentyabr tarixlərində Ermənistanın təxribatı nəticəsində şəhid olanlarına ailə üzvlərinə, eyni zamanda, əlilliyi müəyyən olunmuş şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən baş çəkilib. DSMF tərəfindən qısa müddət ərzində onların müavinətlərə, sosial yardımlara hüququ yaranan ailə üzvlərinin müəyyən olunması işlərinə başlanıb”.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

O bildirib ki, onların sənədlərinin toplanması DSMF-nin əməkdaşları tərəfindən həyata keçirilir:

“Onlara toplanan sənədlər əsasında ödənişlər praktik qaydada həyata keçirilir”.

Şərhlər

Elxan Harutlu 2022-10-04 13:51:05

Əgər, Ermənistan dövləti 12-13 sentyabr gecəsi sərhədboyu Azərbaycana-Qarabağa doğru diversion-səssiz müharibə əmri-göstərişi verənləri cinayətkar kimi Mühakimə etmirsə nəinki, sülh sazişi, bütün Qarabağ soyqırım terror cinayətkarları, digər ermənilər və hər hansı müdafiəçiləri Azərbaycanı tərk edənə qədər azadlıq müharibəsi labüd və daim təhlükəlidir? Necə yaşayacağıq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol