Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.
APA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.
Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.


Şərhlər
Bəs, yüz minlərlə azərbaycanlı ailələrini doğma mülklərindən *Miatsum* şüarı ilə qovmuş, soyqırımla kütləvi məzarlıqlara gömmüş və konstitusiyaya zidd *Artsax* cinayətkarlar haradadırlar? Deport və rəsmən müharibə cinayət və cəhdlərinə sonra da baxmaq olar?