Menu

Daha bir məktəbdə olay - Şagirdlər pomidor-yumurta bişirdi (VİDEO)

05.10.2022, 12:48
Daha bir məktəbdə olay - Şagirdlər pomidor-yumurta bişirdi (VİDEO)

Yeni tədris ili başlayandan orta məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Olay-olay dalınca...

Bu gün "Yeni Sabah"a daha bir məktəbdən çəkilmiş video göndərilib. Hadisənin Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi bildirilir.

Xəbərə görə məktəbin 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar...

Şərhlər

Tural 2022-10-05 13:18:21

Yəqin əmək təlimi dərsi imiş. Ya da bu məktəb kulinariya məktəbidir...

Azər 2022-10-05 13:13:10

Çünki məktəbdə dərs keçirilmir. Direktorlar istisnasız rüşvətlə təyin olunur. Onlar da verdiyinin on qatını çıxarmaq üçün məktəbə market kimi baxır. Vəziyyət düzəlmək əvəzinə daha da biyabır hala gəlir. Təhsilə cavabdeh olanların təhsildən bixəbər olduğunu hər agızlarını açanda görürük.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol