Menu

Putin Kadırova general-polkovnik rütbəsi verib

05.10.2022, 16:52
Putin Kadırova general-polkovnik rütbəsi verib

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Çeçenistan rəhbəri öz teleqram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir, bu ilin martın sonunda ona general-leytenant hərbi rütbəsi verilib.

Şərhlər

Cavid İbrahimzadə 2022-10-05 17:05:35

Mən Putinin yerinə olsam,ona "Generalissimus" rütbəsi-fəxri adı verərdim.

Mubariz 2022-10-05 16:58:33

Deyəsən bu general rütbəsi ruslarda da moddadır , kimə gəldi verirlər , ona görə döyüşən generallar incik düşür və ordu indiki duruma gəlib çıxır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol