Bu gün Moldova Respublikasının Kişnyov şəhərində GUAM ölkələrinin yeddinci Parlament görüşü keçirilib.
SalamNews xəbər verir ki, GUAM ölkələrinin parlament nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə GUAM Parlament Assambleyasının sədri, Moldovanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Dmitriy A. da iştirak edib.
Ötən gün başlayan görüş bu gün GUAM ölkələrinin qəbul etdiyi bəyanat ilə yekunlaşıb.
İclasda GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Polşa Respublikasının Parlament nümayəndə heyətinin birgə bəyanatı qəbul olunub.
Bildirək ki, Azərbaycanı sözügedən iclasda Milli Məclisin üzvü, deputat Əli Məsimli təmsil edib.


Şərhlər