Menu

“Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ayağa qalxır” - Türkiyəli nazir

06.10.2022, 08:54
“Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ayağa qalxır” - Türkiyəli nazir

“Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ölkələri ayağa qalxırlar”.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin əmək və sosial müdafiə naziri Vedat Bilgin deyib.

Nazir qeyd edib ki, Türk Dövlətlər Təşkilatı fövqəladə əhəmiyyətli qurumdur: “ABŞ terror təşkilatlarını silahlandırır və dəstəkləyir. Avropa İttifaqı da Avropa ölkələri ilə struktur yaratmağa çalışdı, amma bacarmadı. Türkiyə də belə bir struktur yaratmağa çalışır. Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, onlar ayağa qalxırlar”.

Vedat Bilginin sözlərinə görə, Türkiyə qlobal bir təşkilat qurmağa çalışır. Bu əməkdaşlıqlar nə qədər genişlənsə, Türkiyədə o qədər diqqət artacaq.

Şərhlər

Elmira 2022-10-06 09:06:55

İnşaalah, türk dünyası möhkəmlənib, dünyaya işıq saçar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol