Menu

Məktəb direktorunun şəhidlərin ruhunu yad etmək üçün ayağa qalxmaması məsələsi araşdırılır - VİDEO

06.10.2022, 20:01
Məktəb direktorunun şəhidlərin ruhunu yad etmək üçün ayağa qalxmaması məsələsi araşdırılır - VİDEO

Sosial şəbəkədə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.

Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər

t.ədalət 2022-10-06 21:58:08

Bu videolar vasitəsi ilə ölkədə qarışıqlıq salanların iddialarına "stop" qoyulmalıdır.Məktəb direktorunun formal olaraq ayağa qalxması yox,ürəyində şəhidlərə məhəbbət bəsləməsi lazımdır.

Araz 2022-10-06 21:16:14

Bir rayonun ən birinci məktəbinin direktoru rayonda .....kimi tanınır. Demək olar ki, az qala hamı onun haqqında danışanda bunu xatırladır. Hətda onun əsil adının yanına " ikinci" adını da divarlara yazıb ifşa etmişdilər. Yəni hər şeyi məktəbin şagirdləri də bilir. Direktorlar etmək üçün müvafiq imtahana 4-5 dəfə verə bilməyib. Amma işindən çıxarılmır və illərdir direktorudur. Sizcə belə məktəbdə şagird tərbiyə eləmək olarmı.

Tahir 2022-10-06 21:06:03

Təhsil nazirliyi işini gücünü atıb "direktorların" savadsızlıqlarına, səviyyəsizliyi və tərbiyəsizliklərinə bəraət qazandırmaq üçün "araşdırmalar"la məşgul olmaq zorundadır. Təhsilimizdə hər gün daha dərin bataqlığa qərq olmaqdadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol