Menu

“Rusların Moskvanı nüvə zərbəsindən müdafiə etmək üçün heç nəyi yoxdur” – Ekspert

07.10.2022, 00:00
“Rusların Moskvanı nüvə zərbəsindən müdafiə etmək üçün heç nəyi yoxdur” – Ekspert

Rusiyalıların Moskvanı nüvə zərbəsindən müdafiə etmək üçün heç nəyi yoxdur. Rusiyanın nüvə arsenalının yalnız 41 faizi «o saat komanda üzrə» tətbiq üçün nəzəri baxımdan hazırdır.

Bu barədə Feysbuk-da «Defense Express»in hərbi analitiki İvan Kiriçevski danışıb («UNİAN»).

Qərbin analitiklərinin qiymətləndirmələrinə görə, 6 min nüvə döyüş başlığından 1500 döyüş başlığı əslində, öz «yararlılıq müddəti»ni çoxdan ötürüb, ona görə də onları utilizə etmək lazımdır.

Nüvə silahı saxlanan 12 bazadan 5-i bilavasitə Moskvada və ya Ukrayna ilə həmsərhəd vilayətlərdə - Bryanskda, Moskva vilayətinin Mojaysk qəsəbəsində və Belqorodda yerləşib. Qalan 7-si ya Uralda, ya da Uzaq Şərqdədir.

«Rusiyanın təyyarələr üçün nüvə aviabombaları və 152 mm və 203 mm kalibrli toplar üçün atom mərmilərinin qalıb-qalmadığı barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələr təsdiqləyirlər ki, belə xüsusi döyüş sursatları 2000-ci illərin əvvəlində utilizə edilib» - Kiriçevski əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol