"Bu il üçün qazlaşdırma planına əməl edilməyə bilər" - “Azəriqaz”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il qazlaşdırılması nəzərdə tutulan 1 yaşayış massivinin və 16 kəndin qazla təminatını ilin sonuna kimi çatdırmaya bilər.

“Report” xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz"ın şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.

Onun sözlərinə görə, buna səbəb bu il qazlaşdırmanın əvvəlki illərə nisbətən gec başlamasıdır: “Gecikmə boru çatışmazlığı ilə bağlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar "Azəriqaz” boru təchizatında problemlər yaşayır. Buna baxmayaraq ölkə üzrə qazlaşdırma davam edir. Bu il qazlaşdırılması nəzərdə tutlan 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivindən 5 kənd və 10 yaşayış massivinə qaz verilib.

Bununla yanaşı, 43 kənd və 30 yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. Eyni zamanda, 5 kənd və 21 yaşayış massivi istismara qəbul prosesindədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar