Menu

Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib

07.10.2022, 14:51
Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib

Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqa səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Şimali Kiprdə hərbi baza qura bilər.

“Çünki biz Şimali Kipri hər tərəfdən müdafiə etməliyik. Bu məsələ olsa da, olmasa da, təyyarələrimiz öz ərazimizdən havaya qalxan kimi, demək olar ki, artıq Şimali Kiprdədilər. Bununla bağlı da problem yoxdur”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol