Ukraynada rus musiqisi və Rusiya müğənniləri qadağan olunub

Rusiya musiqisi və rusiyalı ifaçıların qastrolu oktyabrın 7-dən Ukraynada qadağan olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü “aqressor dövlətin (red-Rusiya) musiqi məhsullarının ictimai istifadəsinin məhdudlaşdırılması və milli musiqi məhsullarına dəstək haqda sənədə dəyişikliklərin edilməsi barədə” qanunda deyilir.

Qadağa ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş və olan ifaçıların rusca mahnılarının səsləndirilməsi qadağan olunur.

İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.

Rusiya müğənnilərin isə Ukraynaya qastrol səfərləri qadağan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar