Britaniya Edillidə törədilmiş kütləvi qətllərin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır

Böyük Britaniya Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahkar olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.

Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsini şərh edərkən bildirib.

“Böyük Britaniya hökuməti hər zaman hərbi cinayətlərin araşdırılmasının vacibliyini vurğulayıb. Xocavənddəki kimi vəhşiliklərin törədildiyi yerlər araşdırılmalıdır. Hərbi cinayətlərə görə günahkar olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır”, - səfirlik vurğulayıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərini kobud surətdə pozub.

2021-ci ilin fevralından 2022-ci ilin aprelinə qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

Sentyabrın 14-30-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş daha bir kütləvi məzarlıqda 18 nəfərin qalıqları tapılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar