Menu

Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək

07.10.2022, 23:30
Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək

Türkiyə və Liviya Aralıq dənizində qaz şelfini birgə inkişaf etdirmək niyyətindədirlər. Bu barədə Liviya Baş naziri Abdel-Hamid Dbeiba bildirib.

Dbeiba Krit adasının cənub-şərqində Aralıq dənizi regionunun inkişafı planlarından danışıb.

Eyni zamanda baş nazir Liviyanın regionla bağlı planlarını açıqlayıb. Həmçinin Türkiyə-Liviya enerji əməkdaşlığı sazişinə dair hər hansı tənqidi qəbul etmədiyini vurğulayıb.

“Anlaşma memorandumlarını imzalamaq bizim hüququmuzdur. Biz digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək üçün yüzlərlə belə sazişə imza atmışıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, bazar ertəsi (3 oktyabr) bağlanan saziş Ankara ilə əvvəlki administrasiya arasında 2019-cu ildə Tripolidə imzalanmış razılaşmaya əsaslanır. (Mənbə: “France 24”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol