Menu

Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb - Xəsarət alanlar var

08.10.2022, 18:25
Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb - Xəsarət alanlar var

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol