Menu

"Mina partlayışı təmizlənməmiş ərazidə baş verib" - ANAMA

08.10.2022, 18:40
"Mina partlayışı təmizlənməmiş ərazidə baş verib" - ANAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayaraq, hadisənin təmizlənməmiş ərazidə qeydə alındığını bildirib.

ANAMA-dan verilən məlumata görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

Şərhlər

karapetə 2022-10-08 20:24:08

Allah elədiyiniz bu alçaq işlərin əvəzini sizə 100 qat versin inşaallah!

B.Qarabağlı 2022-10-08 20:15:49

Azərbaycana qarşı addımbaşı müharibə bitməyib? Axı, bu minalıanmış sahələrimiz nə qədərdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol