Menu

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

11.10.2022, 00:31
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Şotlandiyada "Seltik" və Almaniya "Leyptsiq"i qarasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

"Report" Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, matçdan əvvəl İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, oktyabrın 9-da baş vermiş partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol