Menu

Aİ bu gün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə dair qərar verəcək

11.10.2022, 13:57
Aİ bu gün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə dair qərar verəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.

APA xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.

“Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol