Menu

Ukrayna ordusu rusları Xerson vilayətində sıxışdırmaqda davam edir

11.10.2022, 23:09
Ukrayna ordusu rusları Xerson vilayətində sıxışdırmaqda davam edir

Ukrayna ordusu düşməni Xerson vilayətində sıxışdırmaqda davam edir. Həmçinin orada artıq müdafiə mövqelərini daha da dərinləşdirirlər.

Bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələri birləşmiş kordinasiya Qərargahı mətbuat xidmətinin rəisi Natalya Qumenyuk informasiya telemarafonunun efirindən xəbər verib.

“Düşməni Xerson vilayətində sıxışdırmaqda davam edirik. Onlar daha dərininə, əvvəldən təchiz edilmiş və bütün bu 7 ay ərzində dəmir-beton konstruksiyarla möhkəmləndirilmiş mövqelərə çəkilirlər. Ona görə, belə görünə bilər ki, bizim irəliləmələrimiz yavaşıyıb. Amma o, sadəcə düzgün hesablanıb. Rusiya təbliğatının tullantılarına inanmayın” – deyə, Qumenyuk deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol