Menu

Bakının məşhur həbsxanasında qan su yerinə axdı

12.11.2014, 10:08
Bakının məşhur həbsxanasında qan su yerinə axdı

Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub

Bakının məşhur həbsxanasında qan su yerinə axıb.

Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb.

Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar.

Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil. Ətraflı məlumatı öyrənməyə çalışırıq. /milli.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol