Menu

Pakistan hökuməti Hindistanın yardımını qəbul etdi

12.10.2022, 11:01
Pakistan hökuməti Hindistanın yardımını qəbul etdi

Ötən ay 1600-dən çox insanın həyatına son qoyan ölümcül daşqından sonra Pakistanda davam edən humanitar böhran fonunda hökumət əhalini yoluxucu-daşıyıcı xəstəliklərdən qorumaq üçün Hindistandan 6,2 milyon ağcaqanad torunun alınmasına icazə verib.

Pakistan rəsmiləri bildirib ki, “Qlobal Fond Pakistanda daşqından zərər çəkənlər üçün Hindistandan ağcaqanad torları almaq üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə vəsaiti verəcək.

Pakistan rəsmiləri torları noyabrın ortalarına qədər Vagah marşrutu ilə almaq istədiklərini və ən qısa zamanda əldə etmək niyyətində olduqlarını bildirib.

Pakistanda dərc olunan “The İnternational News ” pakistanlı səhiyyə ekspertlərinə istinadən xəbər verir ki, malyariya ölkənin daşqından zərər çəkmiş 32 bölgəsində sürətlə yayılır və burada minlərlə uşaq ağcaqanadlarla yoluxan xəstəliklərə yoluxur.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol