[caption id="attachment_55594" align="alignleft" width="300"]
arxiv foto[/caption]
Ermənistanda hərbçi özünə qəsd edib.
APA TV-nin məlumatına görə, hadisə ötən gün səhər saatlarında baş verib. 25 yaşlı hərbçi özünü Yerevandakı Kiyevyan körpüsündən atıb.
Aykakan-Jamanak qəzetinin verdiyi məlumata görə, mərhum ölümündən bir neçə gün əvvəl tərk etdiyi hərbi hissədə problem yaşayıb və o, axtarışa verilib. Onun üzü tamamilə tanınmaz hala düşüb.
Xatırladaq, ki, 9 və 10 noyabr tarixlərində Ermənistanda iki özünə qəsd və daha 2 özünə qəsd etməyə cəhd halı qeydə alınıb.

Şərhlər