Menu

Kiyev vilayətinə yenidən hava hücumu olub

13.10.2022, 08:45
Kiyev vilayətinə yenidən hava hücumu olub

Səhər saatlarında Ukraynanın Kiyev vilayətinə kamikadze dronları hücum edib.

“Report” xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Oleksiy Kuleba teleqramda yazıb.

“Kiyev vilayəti! İcmalardan birinə zərbə endirilib. İlkin məlumata görə, kamikadze dronlarının hücumudur. Xilasedicilər hadisə yerində işləyirlər”, - O.Kuleba qeyd edib.

Eyni zamanda o, vilayət sakinlərini həyəcan siqnalı sona çatanadək sığınacaqda qalmağı və hava zərbələrinin endirildiyi yerlərin şəkillərini sosial şəbəkədə yaymamağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol