Menu

Səhiyyə Nazirliyi 12 milyon manatlıq 3 tenderə yekun vurub

13.10.2022, 16:14
Səhiyyə Nazirliyi 12 milyon manatlıq 3 tenderə yekun vurub

Səhiyyə Nazirliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (1), Salyandakı Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi (2), Samuxdakı Mərkəzi Rayon Xəstəxanasının tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, 1-ci tenderin qalibi "Avant-Garde Pharma" MMC, 2-ci və 3-cü tenderlərin qalibi isə "Azmedtech" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 3,453 milyon manat, 3,618 milyon manat və 4,783 milyon manat, ümumilikdə isə 11,854 milyon manat ödəniləcək.

Şərhlər

Adam 2022-10-13 16:30:49

5 sayli xestexana berbad gundedir. O ne vaxt yada dushecek?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol