Menu

Çinlə ABŞ yeni hədəflərini açıqlayır

12.11.2014, 11:04
Çinlə ABŞ yeni hədəflərini açıqlayır

Noyabrın 12-də Pekində keçirilən danışıqlarda ABŞ prezidenti Barack Obama və Çin prezidenti Xi Jinping iqlim dəyişikliyi üzrə yeni hədəflərini açıqlayıb.

Obama 2025-ci ilədək atmosferə buraxılan istixana qazının həcminin azaldılmasını hədəf qoyub.

Xi Jinping isə vəd edib ki, Çin alternativ mənbələrdən alınan enerjinin həcmini artıracaq.

Obama Xi-yə Çinin sülhpərvər, firavan və sabit olmasını istəyidiyini bildirib. O, Çinlə ABŞ-ın mühüm fikir ayrılıqları olduğunu söyləyib. Ancaq onu da əlavə edib ki, Xi-nin konstruktivliyi onu həvəsləndirir.

Xi Obama ilə “konstruktiv danışıqlar” apardığını bildirib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol