Menu

Putindən Makronun Qarabağla bağlı bəyanatına reaksiya

14.10.2022, 11:46
Putindən Makronun Qarabağla bağlı bəyanatına reaksiya

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı mövqeyi ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Asatanada keçirilən MDB Dövlət başçıları Şurasının sammitində bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol