Menu

"Rusiya ordusunun məğlubedilməzliyi mifini dəfn etdik” - Baş komandan

14.10.2022, 14:52
"Rusiya ordusunun məğlubedilməzliyi mifini dəfn etdik” - Baş komandan

“Biz düşmənin istilasının qarşısını aldıq və Rusiya ordusunun məğlubedilməzliyi mifini dəfn etdik”.

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnı ölkə vətəndaşlarına ünvanladığı təbrikində bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin qışı artıq dünya tarixinin bir hissəsidir.

Baş komandan düşmən zərbəsinə tab gətirdiklərini vurğulayıb: "Düşmənə qarşı döyüşənlər ukraynalı kimliyi, azadlığı uğrunda savaşmaq cəsarətinə sahib olduqlarını göstərdilər. Şiddətli döyüşlərdə Rusiya mərmilərinin polad yağışı altında torpağımızın hər bir qarışından möhkəm yapışdıq. Düşmən işğalını dayandırdıq və Rusiya ordusunun məğlubedilməzliyi mifini basdırdıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol