Menu

Zelenski Baydenə təşəkkür edib

15.10.2022, 15:23
Zelenski Baydenə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketinə görə ABŞ-a minnətdarlığını bildirib.

“Report”un məlumatına görə, bu barədə o, tviter səhifəsində yazıb.

“Prezident Baydenə və Amerika xalqına növbəti - 725 milyon dollarlıq müdafiə yardımı paketi təqdim etdiklərinə görə səmimi minnətdarlığımı bildirirəm”, - postda deyilir.

O bildirib ki, Ukrayna HIMARS və artilleriya üçün lazım olan mərmiləri alacaq və bu, Vətənin Müdafiəsi Günü üçün gözəl hədiyyədir. Zelenski postunu “Rusiyalı təcavüzkar məğlub olacaq, biz azad olacağıq!” cümləsi ilə yekunlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol