Menu

“Fitch”dən rubl xəbərdarlığı

12.11.2014, 11:32
“Fitch”dən rubl xəbərdarlığı

Beynəlxalq kredit reytinqi təşkilatı “Fitch Ratings”, son zamanlar rublun sürətlə dəyərdən düşməsinin Rusiya banklarının kredit portfelləri üzərindəki təzyiqləri artırdığını bildirib.

“Fitch Ratings”in rəsmi internet saytında verilən açıqlamada, “Son zamanlar rublun sərt dəyərdən düşməsi, Rusiya banklarının kredit portfelinə əlavə təzyiq yaradıb. Buna baxmayaraq, bir çox bank üçün rubl riski, əmanətlərdə dollarlaşmanın artmaması və məzənnənin daha da düşməməsi halında idarə oluna bilən səviyyədədir” ifadələri istifadə edilib.

Açıqlamada, rublun dəyərdən düşməsinin Rusiyanın bankçılıq sisteminə birbaşa təsirlərinin, xarici valyuta ilə borclanmanın “mülayim” səviyyədə olması səbəbi ilə məhdud olduğu qeyd edilib. Rusiyanın bankçılıq sistemində bu ilin doqquz aylıq dövründə korporativ kreditlərin təxminən 17%-inin xarici valyutada olduğu vurğulanıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol