Menu

İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verə bilər

16.10.2022, 18:39
İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verə bilər

İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır.Bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib.

Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib.

Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.

Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol