Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
“Report”un yerli bürosu xəbər verir ki, ADA-nın üzvləri Emmanuel Makronun yerli televiziya kanalına müsahibəsi zamanı nümayiş etdirdiyi ermənipərəst mövqeyinə etiraz ediblər.
Azərbaycanın Fransadakı dostları Emmanuel Makronu ikili standartlar siyasəti yürütməkdə günahlandırıblar:
“Sizin üçün çox əziz olan “hamısı eyni vaxtda” təcrübənizi bir daha tətbiq edərək eyni vaxtda hamını sevindirməyə çalışırsınız. Siz Ermənistana dostluq nümayiş etdirir, eyni zamanda Azərbaycanın haqlı olduğunu deyirsiniz”.
ADA-nın üzvləri Emmanuel Makronun dialoqa əsaslanan davamlı sülhün bərqərar olması üçün çalışmaq əzminə şübhə etmədiklərini bildiriblər. Onlar Fransa rəhbərini bəzi ermənipərəst fransızların fanatik çıxışlarına uymamağa çağırırlar:
“Millətimizin və bütün xalqların mənafeyinə xidmət etmək üçün hər zaman beynəlxalq hüququn normaları əsas tutulmalıdır”.


Şərhlər
Bir azdan başda kilkəbaş Makron olmaqla senatorları da bizə yaltaqlanmağa başlayacaqlar vasitəçiliklərinə nöqtə qoyulduğuna görə,üstəlik neftimizin aslan payından məhrum oluna biləcəklərinə görə.Fransa kimi inkişaf etmiş ölkələrdə iri korporasiyalar prezidentin axmaqlığı üzündən böyük gəlirlərini itirməkləriylə əsla barışa bilməzlər.Prezident gəldi gedərdi,amma korporasiyalar davamlı olaraq büdcəyə milyardlar verirlər vergi şəklində.Məhz onların təzyiqiylə Makron irişə-irişə məcbur olub Bakıya gəlməli olacaq suyu süzülə-süzülə,araları düzəltmək üçün.Başqa yolu yoxdur onun.