Menu

"Təklif edirəm, hər ailəyə 200 dollar verilsin" - Deputat

18.10.2022, 11:54
"Təklif edirəm, hər ailəyə 200 dollar verilsin" - Deputat

"Təklif edirəm ki, hər bir ailənin hər birinə 200 dollar ekvivalentində hesabında pul qoyulsun".

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda 2021-ci ildə 112 min körpə doğulub:

"Təklif edirəm ki, həmin körpələr üçün hesab açılsın və 2 000 dollar pul köçürülsün.

Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollardır. Bizdə isə bu rəqəm ümumilikdə, cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hər birinə 200 dollar ekvivalentində hesabında pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu Neft Fondu üçün böyük məbləğ olmaz".

Şərhlər

Seyid ƏNHU 2022-10-18 17:57:07

Tahir Kərimli özü də bilir ki təklifi keçəsi deyil. Sadəcə tarixi xroniuka üçün deyir. HEÇ KİMƏ QARA QƏPİK DƏ VERMƏYƏCƏKLƏR.

Eli 2022-10-18 15:15:56

Göresen hörmetli deputat hansı hesablama ile bu teklifi ireli sürür.

B.Qarabağlı 2022-10-18 14:03:22

Cənab Deputat xalqa dəyəriniz üçün sağ olun. Ancaq, sivil dünya dilində-adekvat İnsan Hüquqları əsası ilə? Nədən, müqayisə dövləti 10000 verirsə, Azərbaycan 200 ya 2000 verməlidir? Hüquqi əsuliyyətə cəlb etmədiyiniz terrorbaşı R.Köçəryan prezident olan kimi Qarabağa köçmək istəyən erməni ailələrinə 25000 ABŞ dolları dəstəyi təklif etmişdi!? Biz isə hələlik itirilmiş haqqlarımızı belə rəsmən kəskin iddia etmirik?

Oxucu 2022-10-18 13:59:50

2200000 ailə x 200 dollar = 440000000 dollar
440000000 dollar x 1,70 kurs = 748000000 manat
Allah xeyir versin!!!

dadaşyev 2022-10-18 12:44:30

Necə yəni hər ailəyə pul verilsin?Xalqın sərvətiindən xalqa pay verilirmi?Nolsun Türkiyədə hər bayramqabağı bələdiyyələr millətə pul ,ərzaq paylayırlar?Onların ağlı yoxdu hər halda.Bizim bələdiyyələr də ağılsız olmalıdı onlara baxıb?Bizdə bələdiyyələr ya torpaq satarlar,ya da limitdə satılıq torpaq qalmazsa o küçədən-bu küçədən kəsib pullu vətəndaşların hasarlamasına əcaib şəkildə "göz yumarlar".Qonşu deyər a balam,a bələdiyyə,sənin mülkiyyətindi də küçələr,sökdürsənə o hasarı,deyər demişik,sökəsidi.Sökməsə ver məhkəməyə,söksün.Qonşu da hirslənər,aaa,başıma xeyir,ay sənin belə,(duuuuuu-söymək olmaz) küçə mənim mülkiyyətimdi bəyəm,demisənsə sökməyibsə sən verməlisən onu məhkəməyə,verməsən mən onu yox səni verməliyəm məhkəməyə ki,işinə niyə vicdanla yanaşmırsan.Atamın qızı deyiləm verməsəm.Şıq geyimli bələdiyyə sədri də bu yerdə yekə "Cip"inə minər gedər,pəncərədən də başını çıxarar ki,get hara istiyirsən şikayət elə.Hıhıhıhııı.Vəssalam.Belə.Bunnan.

köhne 2022-10-18 12:40:20

ele şey olar???Camaaataaa???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol