Menu

"Azərbaycanlılar müstəqilliyin dəyərini anlayır və dərk edirlər" - Ali Radanın deputatı

18.10.2022, 20:03
"Azərbaycanlılar müstəqilliyin dəyərini anlayır və dərk edirlər" - Ali Radanın deputatı

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux qrupun Azərbaycan üzrə həmsədri Rüfət Quliyevə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, təbrikdə deyilir:

"Bu gün Azərbaycan xalqı Müstəqilliyin Bərpa Gününü qeyd edir. Artıq adın özü də onu göstərir ki, azərbaycanlılar müstəqilliyin dəyərini anlayır və dərk edirlər. Bunu ölkənizin son dövrlərdə əldə etdiyi iqtisadi və siyasi uğurlar xüsusilə vurğulayır".

"Azərbaycan dövlətinin və Azərbaycan xalqının müstəqillik yolunda daha da güclənməsi naminə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin", - Valeri Kolyux qeyd edib.

Şərhlər

Seyid ƏNHU 2022-10-18 20:41:46

Cümhuriyyət ancaq öz ərazisi ilə birlikdə bərpa oluna bilər. Zəngəzursuz buna hələ tam nail olmamışıq deməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol