Menu

Moldovada səfərbərlik elan edilə bilər

19.10.2022, 09:02
Moldovada səfərbərlik elan edilə bilər

Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.

APA-nın xəbərinə görə, bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı məlumat verib.

“Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər” – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol