Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəziyyətində irəliləyiş var.
Bunu "Report"a açıqlamasında xanəndənin qızı Aygün Abdullayeva deyib.
O bildirib ki, atası 18 gündən sonra qida qəbul edib: "Dünən axşamdan yemək yeməyə başlayıb. Çox sevinmişik. Şəkər xəstəsi olduğu üçün ayağındakı qanqrena narahatlıq verir. Həkimlər müayinə ediblər. Uzun müddət ac qaldığı üçün orqanizm zəifləyib. Ürəyinin cəmi 30 faizi işləyir, damarlarının vəziyyəti də yaxşı deyil. Həkimlər bildirdilər ki, ümumi halı yaxşılaşsa, müalicə aparılar və ayağı amputası edilə bilər. İndi ümid edirik ki, vəziyyəti yaxşılaşacaq. Həkimlər yenidən müayinə edəcəklər".
A.Abdullayeva atasına göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: "Hər cür dəstək göstərirlir. Minnətdaram".
Qeyd edək ki, S.Abdullayev 1939-cu ildə anadan olub.


Şərhlər
Bele böyük senetkar emekdar artist adına layiq görülüb,Faik Ağayev,Roya ve. bir çıx bu ada layiq olmatanlar ise Xalq artisti adına.Bu edaletsizlik deyi bez nedir.Şndi Arif Babayev,Alim Qasımov da Xalq artistidir tutaq ki Faiq Ağayev de.Bu menim fikrim deyil bınu rehmetlik gözel bestekar Xeyyam Mirzezade deyib:Azerbcanda iki müğenni var ki,seeleri sünşdir bu Faiq ve İlhame Quliyevadır.
Allah şəfa versin, gözəl xanəndədir...