Menu

“İran və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmalıdır” - Xameneinin müşaviri

19.10.2022, 23:02
“İran və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmalıdır” - Xameneinin müşaviri

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin bərpa edilməsinin vacibliyini vurğulayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Əli Əkbər Vilayəti deyib ki, biz Səudiyyə Ərəbistanı ilə qonşuyuq və bir yerdə yaşamalıyıq.

Keçmiş iranlı diplomat bildirib ki, problemləri həll etmək üçün iki ölkənin səfirlikləri yenidən açılmalıdır.

Qeyd edək ki, hər iki ölkə 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı diplomatik missiyasına hücumdan sonra əlaqələri kəsib. Ötən aprel ayından etibarən iki tərəf diplomatik əlaqələrin bərpası üçün Bağdadın vasitəçiliyi ilə danışıqlar aparır.

Şərhlər

dadaşyev 2022-10-20 09:03:20

Azərbaycan sərhəddinə 50000-lik qoşun toplayarkən yadına düşdümü Səudiyyə Ərəbistanıyla diplomatik əlaqələrin vacibliyi?Qadam ağzuva.Düşməninlə aranı düzəltməyə çalışırsan ki,Azərbaycana qarşı murdar niyyətini həyata keçirən zaman arxanı sağlam tutasan?

dadaşyev 2022-10-19 23:14:34

Tiryək nə hala salıb da bunu.Göz-baş axıb gedir ee.Nağarsın yazıq?Narkoşa Xameneyinin müşaviridi də. Bunnan artıq olmaz ki.Yeznəsi gülüm olanın başına külüm olar.İş yox güc yox,səhər-axşam tetatet oturub sümürürlər sulu qəlyanı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol