Menu

Son iki saatda Nikolayevdə 14 İran PUA-sı məhv edilib

20.10.2022, 09:51
Son iki saatda Nikolayevdə 14 İran PUA-sı məhv edilib

Son iki saat ərzində Ukraynanın Nikolayev vilayətində İran istehsallı 14 “Şahed” PUA-sı zərərsizləşdirilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Komandanlığından bildirilib.

Qeyd olunub ki, “Cənub” Hava Komandanlığı 9, Ukrayna Hərbi Dəniz Qüvvələri 2, Milli Qvardiya 2, Milli Polis isə 1 PUA-nı məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol