Menu

Pərviz Həşimlinin hökmü qüvvədə saxlanıldı

12.11.2014, 13:05

Perviz HHəbsdə olan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsində çıxarılmış hökmdən verdiyi kasasiya şikayəti təmin edilməyib.

Bu barədə onun vəkili Elçin Sadıqov facebook səhifəsində məlumat yayıb.

E.Sadıqov qeyd edib ki, Pərviz Həşimlinin işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 07 iyul 2014-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verdikləri kasasiya şikayətinə baxılıb.

Şikayətə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə noyabrın 12-də baxılıb: “Kassasiya şikayətimiz təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanıldı”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol