Menu

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu - FOTO

20.10.2022, 17:37
Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada müharibədə daha bir Azərbaycan əsilli hərbçi həlak olub. Bu barədə Ukrayna Azərbaycanlılarının Təşəbbüs Qrupunun rəhbəri Yalçın Qəhrəmanoğlu məlumat verib.

O, qeyd edib ki, mərhum 1966-cı ildə anadan olub və bu ilin martından Rusiyaya qarşı müharibədə iştirak edib.

“Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə minaatan hücumları zamanı həlak olub”, - deyə Qəhrəmanoğlu bildirib.

Onun sözlərinə görə, son səkkiz ayda Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan azərbaycanlıların sayı 20 nəfəri ötüb.

Mənbə: QIRIM.News

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol