Menu

Ermənistanla bağlı KTMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək

20.10.2022, 18:52
Ermənistanla bağlı KTMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə KTMT qüvvələrinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, KTMT-nin keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasında təşkilata üzv ölkələrin liderlərinin videokonfrans rejimində KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını müzakirə edəcəkləri güman olunur.

Zaxarova KTMT liderlərinin İrəvana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlərlə bağlı təkliflərə baxacaqlarını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol