Menu

Britaniya baş naziri postuna ilk namizəd olan şəxs müəyyən olunub

21.10.2022, 18:48
Britaniya baş naziri postuna ilk namizəd olan şəxs müəyyən olunub

Penni Mordaunt Britaniya baş naziri postuna namizədliyini irəli sürüb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bununla da o, liderlik iddiasını elan edən ilk şəxs olub.

"Mən Mühafizəkarlar Partiyasının lideri və baş nazir olmaq üçün namizədəm - ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkini qazanmaq üçün”, - deyə o, Tvitterdə yazıb.

Penni Mordaunt hazırda İcmalar Palatasının Rəhbəri vəzifəsini daşıyır. O, 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.

Qeyd edək ki, keçmiş naş nazir Boris Consonun namizəd olmağı ilə bağlı kabinetdə bəzi nazirlər tərəfindən təkliflər irəli sürülsə də, bu barədə ondan açıqlama gəlməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol